HÜCR İBN ƏDİ

QISA TANIŞLIQ
Kufədə məskunlaşmış qəbilələrdən biri Kində qəbiləsi idi. Hücər bu qəbilədən olduğundan ona “Hücər ibn Ədi Kindi” deyirdilər. O, saleh işlərlə məşğul olduğundan onu “Hucərul-xeyr” də çağırırdılar. Hücr İslamdan qabaq dünyaya gəlmişdi. Həzrət Peyğəmbərin (s) həyatının son illərində müsəlman olmuşdu. Buna görə də həzrət peyğəmbərdən cəmi bir neçə il faydalana bilmişdi. Amma Hücr ömrü boyu haqq yolda mübarizə aparmışdı. İkinci Xəlifənin dövründə Qadisiyyə döyüşündə iştirak etmiş və Dəməşqin şimal-şərqində yerləşən mərceəzra məntəqəsinin fatehi olmuş-dur. Hücr təqvalı bir abid, zülmlə vuruşan bir mücahid idi. O, əmr be məruf və nəhy əz münkər edər, həzrət Peyğəmbərdən (s) və Əmirəl-möminindən (ə) hədislər danı-şardı. Peyğəmbərin (s) yaxın səhabələrin-dən sayılan Hücr namaz və dua aşiqi idi. İbadətə bağlı olduğundan ona “Məhəmməd əshabının rahibi” deyərdilər. O daim dəstəmazlı olardı. Dəstəmaz aldıqdan sonra isə namaz qılardı.
Hücr Kufənin həm gözəl çöhrəli, həm də böyük mənəviyyata malik insanlarından idi. Əgər onun cahiliyyət dövründə anadan olduğunu qəbul etsək, Məkkənin fəthindən sonra İslama gəldiyini nəzərə alsaq, həmin
vaxt bu şəxsin 27 yaşı vardı. Hücr İslamı gec qəbul etmiş olsa da, yaşı bir o qədər də çox deyildi. Amma onun qəlbində dərin bir iman, möhkəm bir əqidə, Allahın dininə və həzrət Məhəmmədin (s) peyğəmbərliyinə (ə) güclü bir inam vardı. Hücr bir çox yaşlılardan dahi öncül və mübariz idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button