Dünyaya göz açması və şəxsiyyətinin xüsusiyyətləri
Hacı Qasim Süleymani 1956-cı ildə, İranın Kirman vilayətinin Qənat Məlik kəndində, sadə həyat tərzi sürən müsəlman və dindar bir ailədə dünyaya göz açmışdır. Aldığı dini tərbiyə və münasib ailə mühiti, onun diktatura əleyhinə, inqilabi ruhda böyüməsinə və şah rejiminə qarşı mübarizə aparan inqilabçıların sıralarında yer alaraq, fəaliyyət göstərməsinə səbəb oldu. İran islam inqilabının qələbəsindən sonra, cihad aşiqi və inqilabi ruha malik bir insan kimi, İnqilab
Keşikçiləri Qvardiyasının üzvü oldu. Müqəddəs Müdafiə dövründə misilsiz parlaqlıq və görünməmiş şücaətlə həm cinayətkar qruplar və narkotik maddələrin qaçaqmalçıları ilə mübarizə aparan bir insan kimi, həm də İslam Müqaviməti cəbhəsinin komandiri kimi özünə və islam dünyasına sonsuz iftixar gətirdi. Aldığı dini tərbiyə və ilahi əmrlərin yerinə yetirilməsində göstərdiyi təlaş, onun bir sıra parlaq insani cəhətlərə və xüsusiy-yətlərə yiyələnməsinə səbəb olmuşdu. Bu cəhətdən, onun Allaha təvəkkülünü, İlahi əmrlərə razı və təslim olmasını, xalqa xidmət və cihad ruhiyyəsini, dünyapərəstlikdən uzaq olmasını, müdrikliyini, zəkasını, yüksək insani əxlaq və humanizm prinsiplərinə arxalanaraq, fəaliyyət göstərməsini və bu kimi digər xüsusiyyətləri misal çəkmək olar.
