SƏFƏRİN BAŞLANĞICI
1345-ci hicri-qəməri ilinin rəbiül-əvvəl ayında, otuz yaşındaykən müqəddəs ziyarətgahlara müşərrəf olduqdan və məsum imamların (Allahın minlərcə Salavat və salamı olsun onlara) qəbirlərinin ziyarətlərindən ayrıldıqdan sonra Hindistan yoluyla səkkizinci imam mövla Əbülhəsənir-Riza həzrət Əli (ə) ibn Musanın (ə) türbəsini ziyarət etmək üçün Xorasana doğru hərəkət etdi. Yolumun üstündə olan Hindistanın iki əhəmiyyətli liman şəhəri olan Karaçi və Bombeyə çatdıqda, bu səfərim məşhur qəzetlərdə yer aldı. Hindistanın uzaq şəhərlərindən köhnə, səmimi
və mömin dostlar ölkələrinə gəldiyimdən xəbərdar olduqda, məni yaşadıqları bölgələrə dəvət etdilər və məcbur qalıb, dəvətlərini qəbul etdim. Dehli, Akire, Lahuri-pəncab, Siyalqut, Kəşmir, Heydərabadi-behar, Lapur, Küveyt və digər şəhərlərə getdim. Getdiyim hər yerdə xalq tərəfindən iztihamla və sevgiylə
qarşılandım. Bu önəmli şəhərlərin çoxunda müxtəlif din və məzhəb alimləri ilə münazirə (bəhs) məclisləri təşkil olunurdu. Əhəmiyyətli münazirə məclislərindən biri Dehli şəhərində – Hindistanın rəhbəri Qandinin də olduğu Hindu və Brahman din adamlarıyla edilən münazirəydi. Bu münazirə o günün qəzetlərində geniş şəkildə yer aldı. Allah-təalanın qüvvəsi və həzrət Xatəmul-ənbiyanın (s) xüsusi lütfüylə müvəf-fəqiyyət mənimlə olduğu üçün müqəddəs İslam dini və Haqq məzhəb olan Cəfəriliyin həqqaniyyətini isbat etdim
