Həzrət Məhəmmədin (s) peyğəmbərliyini təsdiqləyən sənəd
və səmavi kitab olan Qurani-kərim dini təlimlərin və İslam
həqiqətlərinin qaynağıdır. Allah kəlamı оlаn Qurani-kərim
əzəmətli, ülvi bir məqamdan Peyğəmbərə (s) nazil olan və
insanlara səadət yolunu göstərən təlimlərdir. Qurani-kərim
bəşəriyyət aləminə həm dünyanın, həm də ахirətin səadətini
təmin edən bir sıra elmi və əməli proqramlar verir. Quranikərim Peyğəmbərin (s) 23 illik dəvəti müddətində tədricən nazil olmuş və bəşəriyyət aləminin ehtiyaclarını ödəmişdir. Qurani-kərim insanları səadət yoluna yönəltməkdən başqa hədəfi olmayan bir kitabdır. Fərdi və ictimai səadətin əsası olan düzgün əqidəni, gözəl əxlaqı və layiqli əməlləri səlis bir
bəyanla insanlara öyrədir:
“Biz Quranı sәnә hәr şeyi izah etmәk üçün bir hidayәt, mәrhәmәt vә müjdә olaraq nazil etdik!”