İMAM XOMEYNİNİN AMALLARI

Həmişə olduğu kimi bu gün də İslam dünyası zülm və zorakılığa, istismar və qarətə qarşı çıxmaqdadır. Belə bir İslamın hegemon
və istismarçı dövlətlərin, o cümlədən Amerika və İsrailin düşmən-çiliyinə məruz qalması təbiidir. Biz hələ o zaman – həqiqi
İslamın bayraqdarı olan əziz İmamımızın (r.ə) arxasında şüarlar deyəndə bilirdik ki, İslam düşmənlərinin və hegemon qüvvələrin
bizimlə müxalifətçiliyə qalxacaqlarını çox yaxşı bilirdik. İslamın zühur etdiyi illərdə də vəziyyət eynilə belə idi. Yəhudilər, münafiq-lər, kafirlər və müşriklər Mədinə şəhərini mühasirəyə alıb Əhzab müharibəsinə qalxdıqları zaman həqiqi möminlər belə
dedilər: 

Bunu Allah və Onun peyğəmbəri bizə vəd etmişdi”. Yəni bu, gözlənilməz bir hadisə deyildi. Allah və Onun peyğəmbəri (s) möminlərə xəbər vermişdilər ki, azğın və şər qüvvələr sizin əleyhinizə birləşəcəklər. Buna görə də İlahi vədənin gerçəkləşdiyini gördükdə onların imanları daha da möhkəmləndi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button