GECƏ NAMAZININ DÜNYA VƏ AXİRƏTDƏ FƏZİLƏTLƏR VƏ BƏRƏKƏTİ

Namaz bir müsalman qəlbinin imanı əqli etiqadının əməli nişa-nəsidir. İnsan Məbudunun qibləsinin səmtinə qiyam edərək, ruku və səcdələrə torpağa baş qoyaraq, tamam vücudu ilə torpağa düşərək deyir: «Ey Allahım, üzünü Sənə tərəf tutan, Sənin müqabilində torpağa yıxılan mənim ruhum, qəlbim və əqlimdir. Bir əql ki, Sənə etiqadla dolu, bir ruh ki, Sənə aşiqdir, bir qəlb ki, Sənə olan imanla dolu, namazla və özümü Sənin bərabərində torpağa yıxıb Allahlığını etiraf edərək şəhadət verirəm ki, yalnız Sənsən yeganə olan Allah, tayı-bərabəri olmayan, itaət və pərəs-tişə laiq». Namaz yaradılışın ən pak təsbihi və tək olan Allaha pərəstişi və itaət nişanəsidir. Gündəlik yaşayışın səs-küyləri müxtəlif tərəflərdən insanın diqqətini özünə cəlb edərək fikirlərin cəmlənməsində, qəlbin kamil sürətdə hazırlanmasında müşküllük yaradaraq onları cürbəcür istiqamətlərə tərəf çəkir. Amma gecə yarısı, səhər vaxtı, maddi yaşayışın səs-küyü yatan vaxt, ruhun sakitliyi, insanın cisminin aramlığı ona tayı-bərabəri olmayan xas bir şadlıq və ayıqlıq bəxş edir. Bəli hər bir riya, təzahür və özünü göstərməkdən uzaq olan belə bir aram mühitdə insanda qəlbin və ruhun sakitliyi-təkamül halı əmələ gəlir. Həmin dəlilə görə Allah dostları həmişə gecənin axır ibadətlərindən ruhu saflaşdırmaq, qəlbi diriltmək, iradəni qüvvətləndirmək və ixlası kamilləşdirmək üçün güc, qüvvə alardılar. İslamın əvvəllərində Peyğəmbər (s) həmin rühani proqramdan istifadə edərək müsəlmanları tərbiyə etdi və onların şəxsiyyətini o qədər yüksəltdi ki, sanki əvvəlki insanlar deyildilər. İslam mənbələrindən gecə namazının fəziləti bərasində yetişən ayə və rəvayətlər də bu həqiqəti təsdiq edir. Gecə namazı insanın Allaha olan eşq və məhəbbətin nişanəsidir. Bu əlaqə insanı yuxudan ayirir və gecə yarısı öz Məhbubu ilə razıniyaza məşğul edir. Əgər o eşq olmasa, insan şövq ilə təklikdə və qaranlıqda istirahətdən əl üzüb arifanə xəlvətdə öz Məşuqu ilə danışmağa başlaya bilməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button