Bu surә Peyğәmbәri-Əkrәmin (s) vәfatından bir-iki ay qabaq nazil
olmuş vә onun ayәlәrindәn heç biri nәsx edilmәmişdir (yәni hök-mü dәyişdirilmәmiş vә qüvvәdәn salınmamışdır). Bu surәnin 114-cü ayәsindә qeyd olunduğu kimi, Hәzrәt İsanın (ә) öz dostlarına sәmavi süfrә nazil olması barәdә dua etdiyi üçün «Maidə» («Süfrә») adlandırılmışdır («Maidə» içinә yemәk qoyulmuş tabağa
deyilir). Bu surә 120 ayәdәn ibarәtdir vә onun әksәr xitabı «ya əyyuhəlləzinə amənu» (“Ey iman gәtirәnlәr”) olub bütün surә-lәrdәn daha çox tәkrar olunmuşdur. Mәsәlәn, bu xitab «Bәqәrә» surәsindә 11 dәfә gәldiyi halda, «Maidә» surәsindә 16 dәfә gәlmişdir. Bu surә özündә ümmәtdә vilayәt vә rәhbәrlik, mәsihilәrin üçlük әqidәsinin rәdd olunması, әhdә vәfalı qalmaq, әdalәt әsasında şahidlik etmәk, qәtlin haram edilmәsi, yeyilәcәk şeylәrin hökmlәri, dәstә-maz vә tәyәmmüm, elәcә dә ictimai әdәlәt vә sair mәsәlәlәri әhatә edir. Bu, nazil olan axırıncı surә olduğundan әvvәlindә bütün әhdpeymanlara әmәl edilmәsinә tövsiyә edilir.