ULDUZLARI DƏRMƏK OLMUR

Azadlıq yuxusu
Qızın qol və ayaqları otağın küncündəki dəmir stula bağlanmışdı. Qız yalvarıb deyirdi:
– Məni buraxın! Məndən nə istəyirsiniz?! Piramidaya oxşayan uzun saqqalı olan, əyninə yaxasız ağ köynək geymiş, barmağına qırmızı qaşlı böyük bir üzük taxmış kişi kəməri qaldırıb qızın harasına gəldi vururdu. Qız qışqırıb deyirdi:
– Nə desəniz, edərəm… ancaq sonra məni buraxın. Murdarlar!
 Kişi yenə qızı kəmərlə vurmağa başlayır, qız daha bərkdən qışqırırdı.

– Pozğun qız! Neçəsi ilə əlaqədə olmusan? Neçə cavanı pis yola çəkmisən? – kişi dedi.
– Təkcə Daryuşla əlaqəm vardı, – qız cavab verdi. – Onunla evlənəcəkdik.
– Yaramaz! Bizim qardaşlarımız gedib şəhid oldular ki, sən və sənin kimilər burda naməhrəm kişi ilə münasibətdə olasınız?! – kişi dedi, sonra isə nərə çəkdi:
– Harda qaldınız?
Görkəmdə ona bənzəyən və yaşıl gödəkcə geymiş iki nəfər tələsik içəri girdi. Onların biri əlindəki enli yapışqan lenti açıb çabalayan və başını oyan-buyana çevirən qızın ağzını bağladı.
 Kişi o biri adama üzünü tutub dedi:
– Qapısını açdınız?
– Hə, – əlində yapışqan lent olan kişi dedi.
– Əgər üstü açılsa, necə? – üçüncü adam dedi.
– Ehtiyatlı olun, camaat xəbər tutmasın, – birinci kişi dedi. – Vəzifəli şəxslərlə danışmışıq, diyəsini də ayırmışıq. Ümidvaram ki, bir gün bu fəsad mikroblarını camaatın gözü önündə cəzalandıracağıq. Mənə baxın… siz dəstəmazlısınız?
Əlində yapışqan lent olan kişi dedi:
– Mən dəstəmazlı idim, amma… Qız əlimin altında çox tərpənirdi.
– Kül başına!.. Get, tez dəstəmaz al, – kişi dedi.
Qız hələ də çabalayırdı. Kişi dəstəmaz alıb qayıtdı. Üçü birlikdə onu ayağa qaldırdılar.

Bəyənilmə

User Rating: Be the first one !

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button