Mən sizin aranızda iki ağır əmanət (səqəleyn) qoyub gedirəm. Onlara arxalanıb diqqət mərkəzində saxlasanız, heç vaxt yolunuzu azmayıb zəlalətə düşməyəcəksiniz. Bu iki şey Kövsər hovuzunun
kənarında mənə qovuşana qədər heç vaxt bir-birindən ayrılma-yacaqdır. Bu iki şey Allahın kitabı və mənim Əhli-beytim, itrətim-dir. Mənim canişinim və vəsilərim–məndən sonra Allahın insanlara olan höccəti–12 nəfərdən ibarətdir ki, birincisi qardaşım, axırıncısı isə oğlumdur. Sual olundu:–Ya Rəsuləllah, qardaşın kimdir? Buyur-du:
–Əli İbni Əbi Talib. Soruşdular:–Oğlun kimdir? Buyurdu:–Məhdi. O, yer üzünü, zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır. Məni haqq olaraq peyğəm-bərliyə seçən şəxsə and olsun, əgər dünyanın ömründən hətta bir gün də qalmış olsa belə, Allah o günü o qədər uzun edəcəkdir ki, oğlum Məhdi qiyam etsin. (O zühur etdikdən sonra) İsa ibni Məryəm Ruhulllah onun arxasında namaz qılacaq, yer üzü Pərvərdigarın nuru ilə işıqlanacaq. Məhdinin rəhbərlik və səltə-nətinin həddi-hüdudu məşriqlə-məğribin arasını dolduracaqdır.