QURANİ-KƏRİMDƏ XİTABLAR 2-ci Cild

Allah-təala Qurani-Kərimdə müxtəlif xitabları bəyan edir və bunların bəzisi insana, bəzisi camaata (ümum insanlara), bəzisi müxalifətdə olanlara, bəzisi isə möminlərə yönəlib. Ötən bəhslərdə bu haqda kifayət qədər söhbət etmişik. Xüsusilə həmin xitablardan ikisi barədə ətraflı danışılmışdır.
Onlardan biri insana, (Ey insan!), digəri isə ümum camaata (Ey insanlar!) olan xitablardır. Həmçinin Quranda Allahtəala müxalif insanlara, xüsusilə kitab əhlinə müəyyən xitabları da bəyan edir. Qeyd olundu ki, müxaliflər Allaha,
yaxud peyğəmbərə, qiyamətə və dinin hər hansı bir prinsipinə etiqad və iman gətirməyən kəslərdir. Məsələn, ola bilsin ki, bir insan Allaha iman gətirib, lakin Peyğəmbəri(s) qəbul etmir və ya peyğəmbəri Allahın oğlu hesab edir. Yaxud bir peyğəmbəri qəbul edib, digərini qəbul etmir. Bu şəxs müxaliflər sırasında dayanmış həmin kitab əhlidir. Allahtəala bütün müxalifətdə olan insanlarla söhbət edir və onlara xitab edərək müəyyən sözləri başa salır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button