Ötən bəhslərimizdə müqəddəs Qurani-Kərimdə olan xitablar barədə kifayət qədər söz açdıq. Qeyd etdik ki, Allah-təala Quranda müxtəlif növ xitablarla insanlara müraciət edir. Həmin xitablardan nümunə üçün bəzilərini
də nəzərinizə çatdırdıq. Əsas söhbətimiz isə Allahın iman gətirənlərə xitabları barədədir ki, bir nümunə barəsində söz açmışdıq. Yəni söhbətimizin əsas məğzi “Nisa” surəsinin 136-cı ayəsi ətrafında idi. Allah-təala bu mübarək ayədə iman gətirənlərə xitab edərək belə buyurur:
-Ey Allaha iman gətirənlər! Allaha və Onun peyğəmbərinə, peyğəmbərinə nazil etdiyi kitaba və bundan öncə nazil etdiyi kitaba (bunların hamısına) iman gətirin! Ey dillə iman gətirmiş kəslər, (səmimi qəlbdən) iman gətirin! Ey imanları gerçəkləşmiş kəslər, onun qorunmasında möhkəm olun. Kim Allaha və Onun mələklərinə, (səmavi) kitablarına, göndərdiyi peyğəmbərlər(in)ə və axirət gününə kafir olsa, həqiqətən, uzun-uzadı bir azğınlığa düşmüşdür. Bu mübarək ayədə Allah-təala ilk növbədə iman gətirənlərə xitab edərək bir daha iman gətirmələrini bəyan edir. Əlbəttə, ayənin bu hissəsi barədə ətraflı şəkildə söhbət etmişik. Sonra Allah-təala Onun peyğəmbərinə iman gətirməyi əmr edir. Ayənin bu hissəsi barədə də geniş söhbət etdik və söhbətimiz buradək gəlib çatdı ki, biz peyğəmbərləri tanımağın yollarını da bildirdik. Yəni peyğəmbərlik iddiası edən bir insanın iddiasının doğru olub-olmamasının hansı yollarla sübuta yetirilməsindən söz açdıq. Burada xatırlatmaq üçün bir daha qeyd etmək lazımdır ki, peyğəmbərlər öz peyğəmbərliklərini sübuta yetirmək üçün əllərində möhkəm sənəd və sübutlarla gəlmişlər. Çünki dünyada ən böyük iddia peyğəmbərlik iddiası olduğundan bunun təsdiqi üçün də möhkəm dəlillərə və sübutlara böyük ehtiyac vardır. Peyğəmbərlərin əllərində olan sübut