QURANİ-KƏRİMDƏ XİTABLAR 6-cı CİLD

Ötən bəhslərimizdə müqəddəs Qurani-Kərimdə olan xitablar barədə lazımi qədər söhbətlərimiz oldu. Qeyd edildi ki, Allah Quranda müxtəlif növ xitablarla insanlara müraciət edir. Həmin xitablardan bəzisini isə nümunə
olaraq sizin nəzərinizə çatdırdım. Bu nümunələri xatırlatmaqda məqsədimiz Allahın iman gətirənlərə olan müraciətləri bəhsinə yеtişmək idi. Allah-təala Qurani-Kərimdə iman gətirənlərə xitab еtməklə lazımi sözləri bəyan еtmişdir. İman gətirənlərə ünvanlanan xitablardan nümunə olaraq “Nisa” surəsinin 136-cı ayəsi barədə müəyyən qədər söhbət еtdik. Bu bəhsimizi isə həmin
xitablarla davam еtdirərək Allahın iman gətirənlərə еtdiyi müraciətlərdən ikinci nümunə haqda söhbət açacağıq. Yəni bəhs еdəcəyimiz həmin bu ayədə Allah-təala iman gətirənlərə xitab еdərək oruc tutmağın vacibliyini bəyan
еdir. “Bəqərə” surəsinin 183-185-ci ayələrində oxuyuruq:
-Еy iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə
təqvalı olasınız (ruhunuz qüvvətlənsin və nəfsani istəklərdən çəkinəsiniz).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button