İranda İslam İnqilabının qələbəsindən sonra həzrət Sahibəz-Zamana (ə.f) etiqadın nişanələri yalnız İslam xalqları arasında deyil, hətta qeyri-İslami xalqlar arasında da geniş şəkildə yayılmağa başlamışdır. Belə ki, pərəstişkarları onun barəində danışmağa, axtarışlar aparmağa və müxtəlif kitablar yazmağa başlamış və bu kimi işlər son dərəcə sürətlənmişdir. Hətta belə bir lətifə yayılmışdır ki, Amerikanın Təhlükəsizlik naziri İmam Məhdinin (ə.f) zühuru barəsində lazım olan bütün məlumatları bir yerə toplayıb tənzim etmiş, lakin yalnız o həzrətin zahiri (bədən) quruluşunun necəliyini deyə bilməmişdir.
Bəlkə də o həzrətə olan etiqadla əlaqədar baş verən siyasi hadisələrin ən böyüyü – 1400-cü hicri ilinin başlanğıcında Məkkə hərəmində Məhəmməd Əbdüllah Qürəşinin rəhbərliyi ilə baş vermişdir: O, öz köməkçiləri ilə birlikdə hərəmi ələ keçirdikdən sonra onun Cühəyman adlı köməkçisi hərəmin daxilindən elan vermiş və müsəlmanları Qürəşi ilə beyət etməyə çağırmışdı. Həmçinin onu Peyğəmbər (s) tərəfindən zühurunun vədəsi verilən “Məhdi” adlandırmışlar.
Qeyd edək ki, bu kitabın həm elmi dəyəri, həmdə müəllifinin şəxsiyyəti barəsində münaqişəli məsələlər çoxdur, çünkü qədim Fransa (latın) dilində yazmış bir şəxs tərəfindən verilən proqnozlardan ibarətdir, özü də çoxlu rəmzlərlə, müəmmalı sözlərlə qarışıqdır, müxtəlif cür yozumlara və təfsirlərə qabildir.
Ümidvaram ki, bu kitabla (Zühur Əsri) vədəsi verilən rəhbərlərini tanımaq arzusunda olan müsəlmanlara – Peyğəmbərin (s) buyurduğu kimi – xidmət etmiş olaq, Mütəal Allah da bu işimizi Öz vəlisinin və höccətinin (ruhumuz ona fəda olsun!) zühuruna müqəddimə yaratmaq üçün bir xidmət hesab etsin inşəAllah!
Əli Kurani, 24 Şəvval, 1407-ci il (1987) Qum Şəhəri