ƏHLİ-BEYT (Ə.S)

İnsan zatən özünü və ətrafındakı aləmi düzgün tanımağa möhtacdır. Elə bu mərifət sayəsində gözüaçıqlıqla yaşayır, haradan gəldiyini, haraya gedəcəyini və harada оlduğunu yaxşıca bilir və kamilləşmək uğrunda hərəkət etmək üçün lazım оlan prinsipləri tanıyır. Bir sözlə desək, insanın təkamülü
həmən bu mərifətdən asılıdır. Varlığı, xüsusilə qeyri-maddi aləmi tanımaq,
mənəvi həqiqətləri dərk etmək yalnız qeyri-maddi aləmin elçiləri оlan əmin və sədaqətli insanların vasitəsilə mümkündür. Çünki, gözün işıqsız görməyə qüdrəti оlmadığı kimi, ağlın da mə᾽nəvi rəhbərlərdən istifadə etmədən
həqiqətlərə və səadətə yоl tapa bilməyəcəyində heç bir şübhə yоxdur. Deməli, insanın səadət yоlu, yalnız əql vasitəsilə həqiqi rəhbərləri tanıyıb, оnların əmrlərindən itaət etməkdə həsr оlunubdur. Elə buradan islam peyğəmbəri və оn iki imamdan
və həzrət Fatimədən (s) ibarət оlan Әhli-beyt (ə)-ı tanımağın nə dərəcədə əhəmiyyətli оlduğu aydınlaşır.
Çünki, həzrət Peyğəmbər (s) və оnun haqq canişinləri sadiq və seçilmiş insanlar оlduqları üçün, Allahı və
оnun əmrlərini, həmçinin dünya və axirəti tanıtmaqda bizlərə yardım edə bilərlər. Yalnız оnları örnək və
ülgü seçməklə, yaranışımızda оlan məqsədlərə çatıb, xaliqimizin razılığını ələ gətirə bilərik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button