BAĞDAD ALİMLƏRİNİN TOPLANTISI

İslam Peyğəmbərinin (s) canişinlik və imamət məsələsi, ötən on dörd əsr boyu həmişə müsəlmanların diqqətində olmuş mühüm məsələlərdən biridir. Şiə və sünni kimi iki böyük təriqətin – məzhəbin təşkil olunması, onun ardınca qarşıya çıxan əqidəvi, fiqhi və s. məsələlərdə fikir ayrılığı, həmçinin çoxsaylı müharibə və qarşıdurmaların baş verməsi, hər iki tərəfin öz iddia
və haqlılıqlarını sübut etmək üçün elmi yığıncaqlar keçirməsi, yaxud çoxlu kitab və məqalələrin yazılmasının hamısı Peyğəmbərin (s) canişinlik məsələsi üzərində olan ixtilafın nəticəsidir.
Bir dəstə bu fikirdədir ki, Peyğəmbərin (s) canişini – hansı ki, Allahın xəlifəsi, nümayəndəsi də hesab olunur, – mütləq Allahın öz tərəfindən təyin olunmalıdır. Eyni zamanda başqa bir dəstə bildirir ki, Peyğəmbərin (s) canişini camaatın rəyinə əsasən seçilməlidir. Bütün bu söz-söhbət, çəkişmə və ixtilafların başlanğıc nöqtəsi də elə budur. Haqqı tanıyıb batildən ayırmaq, ideoloji əsaslardan agah olmaq və bəzən aldadıcı cümlələrə qarışmış zəhərli təbliğatlar qarşısında onu qoruyub gücləndirmək üçün bu cür mövzular haqqında araşdırma aparmağın zəruriliyini daha da artırır. Fikirlərin döyüş meydanında, batil və tərəfdarlarının aktivləşdiyi vaxtlar haqq əhlinin öz əqidəsini bir kənara qoyaraq şeytanlara xoş gəldin deyib ağızlarına su almalarını gözləməməliyik. Əksinə, onların olduqca ağır vəzifələri vardır, o vəzifə haqqın haqlı olmasını möhkəm və sarsılmaz sübutlarla başqalarının qulağına çatdırmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button