ABDULLAH İBN SƏBƏ – HƏQİQƏT YOXSA XÜRAFAT ?

Bəzi islam məzhəbləri nəzərində Abdullah ibn Səbə şəxsiyyəti nəinki
Osmanın zamanında baş vermiş “fitnə” hadisələrində iştirak etmiş bir
yəhudidən ibarətdir, eyni zamanda o, digər tarixi şəxsiyyətlərin sahib
olmadıqları böyük bir əhəmiyyətə sahib olan bir kəsdir. Məhz bu səbəbdən istər şiə, istərsə də sünni müəllifləri tərəfindən bu şəxsiyyətlə bağlı inkar və təsdiq məzmunlu müxtəlif kitablar yazılmışdır. Abdullah ibn Səbə şəxsiy-yətinin aktuallığı onun Osmanın zamanında baş verən fitnələrin səbəbkarı, Osmanın qətlə yetirilməsinə gətirib çıxaran hadisələrin əsas təhrikçisi və bu hadisələrdən sonra baş vermiş minlərlə insanın həyatını itirdiyi qanlı müha-ribələrin mənşəyi olması iddiası ilə əlaqələnir. Bununla yanaşı, şiə düşmənləri şiə məzhəbinin əsl qurucusunun, rəcət, Əli ibn Əbu Talibin canişinliyi və s. kimi şiəliyin mühüm etiqad-larının məhz yəhudi Abdullah ibn Səbə tərəfindən icad edildiyini etmiş, bununla da mövzu daha fərqli əhəmiyyət kəsb etmişdir. Elə isə, bu məqamda aşağıdakı məsələləri dəqiqləşdirmək zərurəti yaranır:
Görəsən, Abdullah ibn Səbə həqiqətdir, yoxsa xurafat? Görəsən, onun “fitnə” hadisələrində rolu olmuş-durmu? Görəsən, o, həqiqətən də şiə məzhəbinin qurucusudurmu? Şiə məzhəbinin Abdullah ibn Səbə ilə bir əlaqəsi varmı? Bütün bu məsələlər qarşıdakı fəsillərdə aydınlaşdırılacaq, inşallah.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button