ALLAHA ATILMIŞ İFTİRA “ƏRŞİN SƏSİ”HƏDİSİ

Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Bütün naqisliklər və zalımların söylədiklərindən pak və münəzzəh olan Uca Allaha həmd olsun! Mürsəllərin seyidi (ağası), bütün yaranmışların ən şərəflisi olan Muhəmməd bin Abdullaha (sallallahu əleyhi və alihi və səlləm) və onun pak Əhli-Beytinə (əleyhimussəlam) salam və salavat olsun! Bu andan qiyamət gününədək
onların bütün düşmənlərinə lənət olsun! Mən bundan əvvəl “Ərşin səsi” hədisi barədə müxtəsər bir tədqiqat yazmışdım. Təcsim (Allahın cismləşdirilməsi) əqidəsində olanların nəql etdikləri ən çirkin hədis məhz bu hədisdir. Həmin vaxt işlərin çoxluğundan bu hədisi geniş şəkildə araşdırmamışdım. Daha sonra bu tədqiqatı daha geniş surətdə hərtərəfli araşdırmaq və onların Allah-taala barədə pis etiqadlarını üzə çıxartmağı qərara aldım. Mündəricatda qeyd olunduğu kimi, mövzunu bir neçə qismə böldüm. Allah-taaladan bu tədqiqatın qəlblərində Allah və Onun haqq dininin qeyrətini çəkən hər bir müsəlman şəxsə faydalı olmasını diləyirəm. Oxuculardan Ustad İbrahim Naziriyə (Allah ona rəhmət
etsin) həmçinin, bu sətirlərin müəllifini dua etməyi unutmamalarını rica edirəm. Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Muhəmməd Əli Həsən

11 fevral 2013

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button