Brayan Treysi, 1944 – cü ildə, Şarlottaunda, Kanadada doğulmuşdur. Heykəltaraşlıq üzrə professor olan atası, Toronto Universitetində işlədiyindən ailə Torontoya köçür. 1952 – ci ildə Kaliforniyaya köçürlər və Brayan 16yaşınadək orada qalır. 1960 – cı ildə isə onlar Britaniya Kolumbiyasına, Vankuverə köçürlər və Brayan orada Ali məktəbə daxil olur lakin, təhsilini yarımçıq qoymalı olur. Bir müddət taxta emalı sexində, fabrikdə və tikintidə işlədikdən sonra Norveçin Halifaks yükdaşıma şirkətində işə düzəlir və gəmi ilə dünya səyahətinə çıxır. Brayan növbəti yeddi ili işləyərək və səyahət edərək 80 –dən artıq ölkədə olmuşdur. 21 yaşında iki dostu və Land Rover
maşını ilə Saxara səhrasını keçərək Qibraltardan Qərbi Afrikaya səyahət etmişdir. Sonra Yohansburqa və Keyp Tauna gedərək bir ilə ümumilikdə 17 000 mil quru və su ilə səyahət etmişdir. Beş il ərzində Afrika, Avropa, Orta Asiya, Türkiyə, İrak, Pakistan və İranı keçərək, 16 000 mildən çox yol qət etmişdir. Bir müddət Cənub Qərbi Asiyada işlədikdən sonra Vankuverə qayıdaraq orada Cənubi Afrikaya işlənmiş Land Rover ixracı ilə məşğul olmuş və bir ilə kimi Mexiko şəhərində yaşamışdır