BÖYÜK QEYBƏT DÖVRÜNDƏ ALİMLƏRİN MƏQAMI

Həmd-səna və tə’rif o Allaha məxsusdur ki, bizə minnət qoyaraq özünün ən böyük vəlisi İmam Zaman (əleyhissalam)-ın ümumi naiblik məqamını öhdələrinə alan fəqihlərin vilayəti sayəsində qərar vermişdir. Xüsusilə müasir dövrdə İran İslam respublikasının banisi Həzrət İmam Xomeyni şiə mərcəiyyətinin məqamını, dini rəhbərlik və fəqahətin əzəmətini dünyaya sübut etmiş, insanların
xeyrinə olan bir ictimai quruluşu isbat edən bu niyabəti öhdəsinə almışdır. Bu böyük tarixi hadisə, yə’ni seyyid Cəmaləddin Əsədabadinin hərəkatının, Mirza Şirazinin tənbəki hərəkatının, Şeyx Fəzlullah Nurinin məşrutə hərəkatının və Mərhum Müdərris
və Ayətullah Kaşaninin hərəkatlarının ardınca baş verən islami inqilab alimlərin xalq kütlələri arasındakı böyük nüfuzunu və islamın əməli olaraq həyata keçməsini bütün dünyaya göstərmişlər. Buna görə də islam düşmənləri bu dini qüdrəti həm daxildən, həm də xaricdən nişan almış və dini alimlərin və rəhbərlərin əleyhinə zəhərli təbliğatlarla hücumlara başlamışlar. Onların əsas məqsədi bu yüksək mədəni mövqeyi məhv etməkdən ibarətdir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button