Ayətullah Məhəmməd Sadiq Nəcmi, 1315-ci şəmsi ilində Horis kəndində dünyaya göz açmışdır. Atası Hacı Mirzə Əhməd ağa Horisi və onun babaları camaat içində sayılan ruhani alimlərdən olmuşlar. Anası, “Kuh Kəmər” vilayətinin seyyidlərindən olan Həzrət Ayətullah Əl-uzma Höccətin əmisi Hacı Miri Ağanın qızıdır.
Ayətullah Məhəmməd Sadiq Nəcmi müqəddimə dini dərslikləri atasının yanında yiyələndikdən sonra on beş yaşında, Təbriz şəhərinin “Talibiyyə” adlı mədrəsəsinə daxil olmuşdur. Bir ildən sonra 1332-ci şəmsi ilinin yay fəslinin axırlarında təhsilini davam etdirmək üçün “Qum” şəhərinin “Feyziyyə” mədrəsəsinə qə`bul olmuşdur. Sonralar bu şəhərdə yaşamağa başlamışdır. O, Qum şəhərində 30 illik yaşadığı dövrdə Ayətullah Meşkini, Ayətullah Sultani Təbətəbai, Ayətullah Əllamə Təbətəbai, Ayətullah Gulpəyqani, Ayətullah Həsən-zadə Amoli, Ayətullah imam Xomeyni (rəh) və s. kimi böyük və tanınmış şəxsiyyətlərdən dərs almışdır.
Ayətullah Məhəmməd Sadiq Nəcmi, ildə bir neçə ay “Məşhəd” şəhərinə səfər etmiş və oranın alimlərindən
bəhrələnmişdir. Bu şəhərdə ikən, Ayətullah Əl-uzma Milani onun üçün elm və əxlaq baxımından nümunə
sayılmışdır. Çoxlu mutaliələri nəticəsində “Səhiheynə bir baxış” adlı kitabının muqəddiməsini səkkizinci imam Həzrət Əli ibn Musa Ər-Rza (ə)-ın qəbrinin kənarında yazmağa başlamışdır.