CAMAAT NAMAZININ FƏZİLƏT VƏ SAVABI

İnsanın gündəlik namazları camaatla qılması müstəhəbdir. Mötəbər hədislərdə deyilir ki, camaatla qılınan namaz fərdi qaydada qılınan namazdan iyirmi beş qat daha fəzilətlidir. Sübh, məğrib və işa namazlarının camaatla qılınması, xüsusən, məscidin qonşuluğunda yaşayan və məscidin azan səsini eşidən şəxs üçün daha çox tövsiyə edilmişdir. Həmçinin, digər vacib namazların da camaatla qılınması müstəhəbdir. Lakin vacib ehtiyata əsasən, təvaf namazı və Günəş və Ay tutulması istisna olmaqla digər səbəblərlə əlaqədar olaraq qılınan ayat namazının camaatla qılınması doğru deyil.  İnsanın namazı camaatla qılmaq üçün bir qədər gözləməsi müstəhəbdir. Camaatla qılınan qısa namaz fərdi qaydada qılınan uzun namazdan daha üstündür. Həmçinin, camaat namazı vaxtın başlanğıcında fərdi qaydada (yəni təkbaşına) qılınan namazdan daha üstündür. Ancaq fəzilət vaxtından başqa vaxt qılınan camaat namazının fəzilət vaxtında qılınan fərdi namazdan üstün olması məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button