İslam dini, ictimai qaydaları toplayan, insanlar arasında birliyi saxlayan, bir tərəfdən insanın öz nəfsini nəzarət altına almasını, o biri tərəfdən də fərdi cəmiyyətin faydasına verməyi əsas tutan bir dindir. İslam dini insanlara eyni münasibət bəs-ləyən, üstünlüyü yalnız cəmiyyətə faydalı olmaqda görən, insan iradəsini bə-şəriyyətin faydasına yönəldən, təkəbbürü qətiyyətlə rədd edən,
buna zorla deyil, ağılla, məntiqlə, gözəl öyüdlə yetişməyi vacib
sayan, cihadı yalnız nəfəslə, yaxud da islam ölkəsinin düşmənlərilə məhdudlaşdıran bir dindir. İslam dini meydana gəldiyi ilk gün-lərdən göləliklə mübarizəyə girişən, bəndəyə qul olmaqı yasaq edən, hürruyyəti əsas götürən, bəndəliyin nüfuzunu qaldırmaq üçün bir yandan dini günahların kəffarəsi olaraq, o biri yandan da ulu Tanrıya yaxınlaşmaqa vəsilə tutaraq çalışan, yaşayış hürruyyət nizamına
daxil edən, dünyanı cənnətə çevirməyə cəhd edən bir dindir. İslam dini son dindir və son olan da özündən əvvəlkilərdən təkmildir, kamildir. İslam ən kamil və mükəmməl şəriətə əsaslanlır və digər bir dinə ehtiyac qalmadığını qəti olaraq söyləmişdir. Bu din ən son və bəşəri ehtiyaclara tam cavab verir. İslam dini həqiqətdə ən çox üstünlük verən, savaşan tərəfləri sakitləşdirən, hər bir bilənin yalnız doğrunu buyur-masını, pisliyi, batili rədd etməsini vacib sayan, zülmkar, haqsız buyuruq sahiblərinə qarşı həqiqəti söyləməyi ən üstün mübarizə hesab edən bir dindir. İslamın başlanğıcında hər mücahidin öz həyatını cəmiyyətə necə fəda etdiyi haqqında söz açmalı olsaq, onda bu «Ön söz»ün sonu görünməz.