İslam dinində on ikinci İmamın zühur edəcəyilə bağlı kifayət qədər hədislər vardır. Zühurdan əvvəl bəzi əlamətlər isə müxtəif kitablarda nəql edilir. Mən bu gün bəzi hadisələrlə bağlı nəql edilmiş hədisləri və ona oxşar hadisələrə işarə edəcəyəm. Əlbəttə ki , bu hədislərlə hadisələri yüz faiz eyniləşdirmək niyyətim yoxdur, ancaq oxşarlıqları bir araşdırma olaraq diqqətinizə çatdıracağam.
Misir
Misirlə bağlı “Bişarətul İslam” kitabının 176-cı səhifəsində Şeyx Mufidin “İrşad” kitabından nəqlən Misirdəki hadisələrə işarə edilir. Misirdəki hadisələrin İmamın zühur əlamətləri olduğu önə çəkilir. Hədisdə deyilir: “Misir əhli öz sadatlarını (rəhbərlərini) öldürəcəkdir”, digər yerdə “Qullar ölkə ağalarına istila tapılacaq”. Əli Kurani özünün “Zuhur əsri” kitabında Misirin qərblilər (və ya qərbyönlülər) tərəfindən istila ediləcəyi qeyd edilir. “Biharul Ənvar”ın 52-ci cildinin 10-cu səhifəsindəki hədisdə deyilir: “Süfyanidən əvvəl Misri (misirli şəxs) və Yəməni xüruc edəcəkdir” . Misirdə bildiyimiz kimi Məhəmməd Mursi (hədisdəki Misriyə diqqət edin) qiyam edir və hakimiyyəti seçkilər yolu ilə ələ keçirir. Sonradan Qərb və səud rejiminin əliylə hakimiyyət istila olundu. Hazırda Mursi və digər “İxvan”çılar həbsdədir. Əli Kurani özünün “Zuhur əsri” kitabında məhz Misirdəki güclü bir İslami fəzadan söz açmış və Misirdə daxili inqilablardan hədislərə əsasən söz açmışdır.
