EY KİTABIM!
Müəllif dolğun mənalı şeri ilə kitaba xitabən deyir: “Ey mənim kitabım, yer üzündə seyr et və istədiyin yerə ayaq bas! Qoy oxucuların həmişə səni sevərək oxusunlar. Səndə məni qorxudan nə bir yalan, nə də heysiyyətinə nöqsan gətirəcək bihudə, dəlilsiz bir məsələ yoxdur.”
KİTABIN MƏŞHUR MÜƏLLİFİNİ TANIYAQ
Hər şəxsiyyət onda olan müəyyən tipik xüsusiyyətlərlə xarakterizə olunur. Başqasının şərhi-halını yazan şəxs isə onun bu kimi keyfiy-yətlərini və elmi səviyyəsini göstərməklə şəxsiyyətini oxucuya tanıtdırır. Əgər onun əsərləri şəxsiyyətini aydınlaşdırırsa, artıq tərcümeyi-halını yazmaq maraqsız olar və o vaxt maraqlı ola bilər ki, onun haqqında bir sıra yeni, deyilməmiş maraqlı incəliklər verilsin. “Əl-Müraciat” kitabı, demək olar, o yazıçı və böyük alimin tərcümeyi-halı və xasiyyətnaməsini əks etdirə bilən bir kitabdır. Bu kitab oxucuya İslam tarixi ilə bağlı müxtəlif bəhslərə aid geniş məlumat verməklə yanaşı müəllifin, fəsahət, bəlağət, qələmin səlisliyi, mübahisə vaxtı alicənablıq və ehtiramı gözləmək, diqqət, mübahisədə mətanət, xitab olunan və bəhs edən şəxsə tam ehtiram, mübahisələrin tənzimi və başqa xarakterik cəhətlərini aşılayır. Hər halda müəllifin başqa kitablarını da oxumaqla yuxarıda deyilənləri daha yaxşı
duyacaqsınız. Etiraf edirəm ki, bu böyük alimin şəxsiyyətində aradıqlarımı bu neçə səhifədə yazmaq
çətindir. Çünki onun dünya görüşü, əxlaqı və insani dəyərləri bir dərya qədər geniş, kitabları, xüsusən bu kitabı ruhun dərinliklərinə vəsf olunmaz nur saçır.
