ELMİN İNKİŞAFI, GƏNCLƏR, İNCƏSƏNƏT

Elm istehsalı və proqramlaşdırma hərəkatı

1. İslamın və qərbin elm istehsalına baxışı

Elm istehsalının, yəni elmin sərhədlərini aşıb inkişaf etmək, elm öyrənməklə və elm sahəsində hər hansı bir dərin biliyə malik olmaqla fərqlidir. Bizim ikincisinə ehtiyacımız var. Əlbəttə, bu, o demək deyil ki, birincisinə ehtiyacımız yoxdur, ehtiyacımız var, lakin o, kifayət deyil. Alimlərin müxtəlif elmi sahələrdə, istər humanitar, istərsə də təcrübi elmlərdə olan yazı və araşdırmalarının yaxşı başa düşülüb, insanın təyin meyarına və uyğun sahədəki son qərarına çevrilməsi yaxşı deyil. Biz görürük ki, bu və ya digər sahələrdə tədqiqatları, araşdırma və nəzəriyyələri öyrənmək qərb dünyasında da qəbul olunan və etimad göstərilən əsas deyil, xüsusən humanitar sahədə bu belədir. Əlbəttə, bu, təcrübi elmlərdə və texnologiyada da özünü göstərir.

İslamın insana, elmə, insan həyatına, təbiətə və varlıq aləminə olan baxış tərzi yeni məlumatlar ortaya qoyur. Bu baxış qərbdə elmi tədqiqatların əsası olmayıb. Qərbdə elmi tədqiqatlar din adlandırdıqları bir şeylə qarşıdurma əsasında başlayıb. Əlbəttə, onlar buna haqlı idilər, renessansın qiyam etdiyi, dünyanın elm və fikir istqamətini onun ziddinə çəkdiyi bir din – din deyildi, din adı altında xurafat və əfsanələr idi. Orta əsrlər kilsəsinin dini – din və dini məlumatlar deyildi. Təbiidir ki, alimlərin, ziyalıların və düşüncə sahiblərinin zehinlərində düyünlər və şübhələr qalsın və onlar üçün anti-dini çıxış yolları tapılsın. Buna görə də, onlar üçün elm və dinin bir araya gəlməsi çox çətin məsələdir, amma bu, bizdə problem deyil.

Bizim dünyagörüşümüzdə elm dinin içindən qaynayır, elmin ən yaxşı həvəslənidiricisi dinin özüdür. Bizim tanıdığımız din, Qurandan öyrənib əxz etdiyimiz dini ideologiya, yaranışdan, insandan, metafizikadan, tövhiddən, Allahın iradəsindən, qəza və qədərdən yaratdığımız təsəvvür elmlə uyğundur. Ona görə də, din, elmi istehsal edən və ona həvəsləndirəndir. Nümunəsinə siz özünüz tarixdə baxın. İslamın ilk əsrlərində bu dinin həvəsləndirməsinə görə elmi hərəkət o qədər yüksəldi ki, o zamana qədər dünyada analoqu yox idi. Elm və din bütün sahələrdə bir-birinə qarışmışdı. Elm, tədqiqat və sənaye özünə görə çoxlu inkişaf etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button