GÜNAHŞÜNASLIQ

GÜNAHIN MƏ’NASI VƏ ONUN NÖVLƏRİ
Günah müxalifət mə’nasınadır. İslam dinində Allah-təalanın əmrinə zidd olan əməllərə günah deyilir. Günah kiçik də olsa belə, Allahın fərmanı ilə zidd olduğu üçün böyük sayılır. İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) Əbuzərə buyurur:
«Etdiyin günahın kiçik olmasına baxma; əksinə, kimin fərmanın-dan boyun qaçırdığına bax.» Qur’anda, eləcə də Peyğəmbərimiz (s) və İmamlarımızın kəlamlarında müxtəlif ibarələrlə günaha işarə olunub ki, onlardan hər biri günahın ziyanlarının müəyyən bir cəhətini açıqlayır, onun neçə növ olmasını bildirir. Qur’anda günah mə’nasında işlənən kəlmələr aşağıdakılardır: «Zənb» – lüğətdə «ardıcıllıq» mə’nasınadır. Dünya və axirət əzabları insanın günaha mürtəkib olmasından sonra həmin günahların ardınca göndərildiyinə görə günaha «zənb» deyilir. Bu
kəlmə Qur’anda 35 dəfə təkrar olunub.
2. «Mə’siyət» – Allahın əmrindən boyun qaçırmaq, üsyankarlıq etmək mə’nasınadır. Günah insanın Allah-təalanın müəyyən etdiyi bəndəçilik həddindən çıxdığını bildirir. Bu ifadə Qur’anda 33 dəfə gəlmişdir.
3. «İsm» – süstlük etmək, geridə qalmaq və məhrum olmaq mə’nasında işlənir. Bu kəlmənin günah mə’nasında işlənməsi onu göstərir ki, günahkar heç vaxt özünü bacarıqlı hesab etməsin, əksinə o, geridə
qalan bir şəxsdir. “İsm” kəlməsi də Qur’anda 48 dəfə təkrar olunub.
4. «Səyyiə» – Bu söz insana qəm-qüssə gətirən pis əməllərə deyilir. Ərəb dilində “səyyiə” sözü xoşbəxtlik mə’nasını verən “həsənə” sözünün antonimidir. Bu ifadə də Qur’anda 165 dəfə təkrar olunub. Qeyd etmək
lazımdır ki, səyyiə kökündən olub, pis mə’nasını daşıyan «su’u» sözü də Qur’anda 44 dəfə gəlmişdir.
5. «Cürm» – əslində meyvənin ağacdan ayrılmasına deyilir. Habelə, alçaq mə’nasını da daşıyır. Cərimə və cəraim sözləri də bu kökdən ayrılmışdır. İnsanı öz hədəfindən, həqiqətdən, səadətdən və bir sözlə
təkamüldən saxlayan əməllərə «cürm» deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button