HƏQİQƏT OLDUĞU KİMİ

İnsanları doğru yola yönəldən, şərəf və hörmət sahibi edən, onlara saysız-hesabsız nemət bağışlayan mərhəmətli və mehriban Allaha şükürlər olsun! Belə ki, Qurani-Kərimdə buyurulur: “Biz Adəm övladlarını şərəfli və hörmətli etdik, onları suda və quruda
(gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik.” Yüksək məqama malik olan mələklərin insana səcdə etməsini əmr edən və bu əmrə təslim olmayanları Öz dərgahından qovan Allaha həmd edirəm! Allah- taala doğru yolu bizə göstərmişdir və əgər bu yolu bizə
tanıtdırmasaydı, həmin yolu tapa bilməzdik. Eləcə də doğru yolu tapmaq üçün bizə müxtəlif zəminələr
yaratmışdır ki, onların vasitəsilə və Ona pərəstiş etməklə yüksək məqamlara, səciyyəvi xüsusiyyətlərə
və insani keyfiyyətlərə malik olaq. Əsaslı dəlillər və aşkar sübutlarla qaranlıqları bizim üçün işıqlandırdı və
özümüzdən olan peyğəmbərlər göndərdi ki, Onun ayələrini bizə oxusunlar, qaranlıqları aydınlığa, azğınlığı doğru yola çevirsinlər. Allah bizə həm də həqiqəti batildən ayırd etmək üçün əql və idrak qüvvəsi bağış-ladı. Peyğəmbərlərin sonuncusu və kainatın ən şərəflisi olan, bütün insanlara lütf və mərhəmət sayılan, qiyamət günündə Allahın iznilə şəfaət edən peyğəmbərimiz və ağamız həzrət Mühəmməd (s)-in, eləcə də, Allah dərgahında yüksək məqama malik olan, ümməti cəhalət quyusundan xilas edən, azğın yollardan çəkindirən və möminlərin başıucalığına səbəb olan Əhli-beytinin pak ruhlarına salam və salavat olsun! Belə ki, Hər kəs Əhli-beyt (ə)-a məhəbbət və rəhbərliyinə sarılsa, nicat tapmış, hər kəs də onlardan üz çevirsə azğınlığa yuvarlanmış və münafiq adını qazanmışlar. Onlarla düşmənçilik edən şəxsələri İlahi əzab gözləyir. İnsan onları qəbul etmədən Allah dərgahına yaxınlaşa bilməz. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button