HƏQİQƏTDƏN DOĞAN ƏFSANƏ

İslam tarixi mənbələrində, xüsusi ilə şiə dünyasında danışılanlara görə ikinci xəlifə Ömər bin əl-Xəttab ilə Əmir əl-möminin İmam Əli bin Əbi Talib (ə) arasında bir çox ixtilaflar yaşanıb. Deyilənlərə əsasən, onların ixtilafı Allah Rəsulunun (s) yeganə qızı və ciyər-parası xanım Fatimənin (ə) şəhadətin-dən sonra düşmənçilik həddinə çatmışdır. Başqa bir tərəfdən isə bəzi tarixçilərin yazdığı iddialara görə, İmam Əli bin Əbi Talib (ə) öz qızı Ümmü Gülsümü Ömər bin əl-Xəttaba ərə verərək dostluqlarını yenidən bərpa etmişdir. Bu iki iddia hər iki məzhəbin gündəmini məşğul edərək, bir çox mübahisələrə yol açmışdır. Yaranan şübhə bundan ibarətdir:
«Ömər bin əl-Xəttab xanım Fatimənin (ə) şəhid edilməsində günahkar hesab edilirsə, necə ola bilər ki, İmam Əli (ə) məhz o xanımdan olan qızı Ümmü Gülsümü anasının qatilinə ərə verir?» Bu şübhə bəzi insanların bu mübhəm 1 mövzudan istifadə edərək şiə alimlərinin iddia etdiyi İmam Əli bin Əbi Talibin (ə) vilayətinin qəsb edilməsini və xanım Fatimənin (ə) şəhadətini təkzib etməyə çalışırlar. Əhli-sünnə alimləri sözügedən bu evlilik ilə Ömər bin əl-Xəttab ilə İmam Əli (ə) arasında yaşananların dostluq və səmimiyyətdən başqa bir şey olmadığı qənaətindədirlər. Elə bu səbəbdən biz də bir müsəlman olaraq iki məzhəb arasında yaranan ixtilafı aradan qaldırmaq və bu qaranlıq mövzunu aydınlatmaq naminə istər şiə, istərsə də əhli-sünnə mənbələri əsasında araşdırma aparmaq qərarına gəldik. Bu məsələ haqqında çox danışılıb və müxtəlif fikirlər bildirilib. Bir çox rəddiyyələr və məqalələr yazılaraq müəyyən istidlallar edilib. Onların hər birinin də qaneedici olduğu inkar edilməz bir həqiqətdir.
Lakin, xüsusi ilə Rəzi əd-Din əl-Hilli, Əllamə Muqərrəm, Əllamə Baqir Şərif əl-Qurəşi kimi böyük din alimlərinin bu haqda yazdıqları daha çox maraq doğurur. Çünki adı çəkilən alimlər ümumiyyətlə xanım Fatimənin (ə) Ümmü Gülsüm adlı qızının varlığını inkar ediblər. Onlar öz iddialarını sübuta yetirəcək
kifayət qədər dəlillər də irəli sürüblər.Bir sıra alimlər, o cümlədən Şeyx əl-Mufid, Seyid Nasir Hüseyn əl-Hindi və Seyid Əli əl-Milani bu evlilik haqqında nəql edilən rəvayətlərdə üzə çıxan təzadları ön plana çıxarmış və bu iddianın əsassız olması qənaətinə gəlmişlər. Seyid Murtəza isə digərlərindən fərqli olaraq, bu evliliyin baş tutduğunu, lakin hədə-qorxu və zor tətbiq etmə yolu ilə həyata keçirildiyini önə sürmüşdür. Şiə və əhli-sünnə alimlərindən ibarət bir qism Ömər bin əl-Xəttabın Ümmü Gülsüm adlı həyat yoldaşının olduğunu yazmış və bu qadının Əbu Bəkrin qızı olduğunu bildirmişlər. Muhy əd-Din Yəhya bin Şərəf ən-Nəvəvi, Ayətullah Mərəşi ən-Nəcəfi bu haqda bir çox tarixi faktlar və həmin faktları sübut edəcək sənədlər üzə çıxarmışlar. Bütün bu iddialar ilə sizi ətraflı tanış edəcəyimiz və mövzu barədəki digər rəvayətlər haqqında da bəhs edəcəyimiz bu kitabda İslam ümməti arasında ixtilafa
səbəb olan bu qarışıqlığın aydınlığa qovuşacağına ümid bəsləyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button