HƏZRƏT ƏLİ (Ə) MÜXTƏLİF BAXIŞLARDA

Hər bir fəlsəfi-ictimai cərəyanın, dini-əxlaqi məktəbin yaranması və
inkişafı üçün iki şey zəruridir: ideya və şəxsiyyət. Dinlərin sonuncusu və
ən mükəmməli olaraq İslam bu iki məsələdə də dünya xalqları üçün
əvəzsiz örnəkdir. Bir tərəfdən sarsılmaz etiqad sisteminə və elmi-əxlaqi
dəyərlərə malik olması, digər tərəfdən də mayası əqidə, əxlaq və hikmətdən yoğrulmuş kamil şəxsiyyətlərlə zənginliyi baxımından müqəddəs
dinimiz, həqiqətən ardıcıl öyrənilməyə, beləliklə də, ən düzgün yaşam
tərzi kimi əbədi olaraq öz mövqeyini qoruyub saxlamağa layiqdir.
Şəxsiyyət tərbiyəsini özünün əsas tələblərindən biri elan edən
İslam tarix boyu zamanın fövqündə dayanan ümumbəşəri problemlərin
ağırlığını çiyinlərində daşıyan, bütün dövrlər üçün elm və mənəviyyat güzgüsünə çevrilən kamil insanlar meydana çıxarmış, onların vasitəsi ilə dünyanın ictimai-mədəni axarına təsir göstərmişdir. Söz yox ki, bu şəxsiyyətlərin ön sırasında əziz peyğəmbərimiz Həzrət Muhəmməd (s) və onun nəslindən olan pak, məsum din rəhbərlərimiz durur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button