İslam insanın kamilləşməsi üçün dolğun və ən son proqramdır. İslam dini özünün misilsiz hərtərəfli baxışları ilə insan həyatının bütün sahələrinə aid göstərişlərə malikdir. Lakin həmin göstərişlərin bir hissəsinə əməl edib, digər hissəsini nəzərə almadan həzrət Peyğəmbərin (s) istədiyi kimi müsəlman olmaq mümkün deyil.
İslam dini müsəlmanın gündəlik fəaliyyətində riayət etməsi üçün, ona bir sıra lazımlı qayda və qanunlar təklif edir. Onları öyrənmədən həqiqi müsəlmanın xüsusiyətlərindən danışmaq və onun kamil simasını təsvir etmək qeyri-mümkündür. “Necə yaşamalı” adlı kitab müsəlmanın kamil simasını müəyyənləşdirmək istiqamətində atılmış bir addımdır. Biz bu kitabın hazırlanması üçün işimizi üç qisim hədislər üzərində qurmuşuq…
Mirzəyev xalid