İBADƏTLƏRİN HİKMƏTİ

Varlıq aləmində mövcud olan hər bir vücud öz səbəbinin (yaradanının) quludur, yaradılışında və davamlılığında ona tabedir, zatında, sifətlərində və əməllərində öz səbəbinin əmrlərini icra edir. Belə bir səbəb-nəticə bağlılığında heç cür ayrılıq mümkün deyil. Nə səbəb öz şərafət və feyz bəxşişini əsirgəyər, nə də bu səbəbin nəticəsi öz tabeçiliyindən və itaətindən qalır. Əslində sırf öz səbəbinə ehtiyacı olan bir varlığın, yaratdığına zəruri olaraq feyz yetirməli olan səbəbdən (yaradandan) ehtiyacsız olması səbəb-nəticə qanunu ilə uyğun gəlmir. Elə buna görə də, Sübhan Allahın yaratdığı varlıq aləmi tamamilə Haqqın sırf bəndəsidir və bir an da olsun Onun təkvini göstərişlərini yerinə yetirməkdən boyun qaçırmır:

«Bir şeyin var olmasını istədiyi zaman Onun (Allahın) əmri və məqamı ona ancaq: «Ol»-deməkdir. O da dərhal olar».

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button