Bu kitab maddi məna ifadə məfhumlardan təsirlənən, Quran və hədislərin mətnlərinin ehtiva etdiyi sifətlərin həqiqi mənada izah etməyən metodun olmasını bəyan etmək üçün yazılmışdır. Bu, İbn Teymiyyənin metodur. Güman edirik ki, tövhidin dərk olunmasında onun əldə etdiyi əks nəticələr onun doğru olmayan prinsiplərə inanmasından irəli gəlmişdir. Həmçinin O, tövhidin “Rübubiyyətdə tövhid”, “Üluhiyyətdə tövhid”, “Sifətlərdə tövhid” kimi qisimlərini doğru anlamamış, Allah-taalanın zatında dəyişikliklərin olmasına etiqad etmiş, məcazi və batini mənanı inkar etmiş və qeyd
edəcəyimiz digər əqidə məsələlərində hamıdan fərqli olaraq özünəməxsus
etiqada sahib olmuşdur.