İMAMƏT HAQQIN DİLİ İLƏ

Ümumi mənada ”imamət” və “rəhbərlik”, xüsusi mənada isə İslam peyğəm-bərinin canişinlik məsələsi tarixdə yüksək əhəmiyyət daşıyan teoloji-təfsiri bəhslərdəndir və heç bir mövzu haqda bu qədər söz açılmamışdır.

Təəssüf ki, bəzən bu mövzu çərçivədən çıxaraq qanlı müharibə meydanına çevrilmişdir. Bəzi teoloqların dediyi kimi, vilayət və imamətlə bağlı qılınc çəkildiyi qədər İslamda qılınc çəkilməmişdir! Məhz bu səbəbdən də ən çox İslamın köklü əqidə üsullarından olan bu məsələ barədə yazılmış və mövzu bütün incəliklərilə maraqlananların ixtiyarına verilmişdir. Əlbəttə, burada məntiqsiz, ixtilaf törədən və yersiz təəssübkeşlikdən doğan fikirlərə də təsadüf olunur.

Bu mühüm və həssas məsələ ilə bağlı vəzifələrimiz aşağıdakılardan ibarətdir:

1. Məntiqsiz və təəssüb doğuran bəhslərdən uzaq olub, Allahın kitabına, qəti sünnə və əqli sübutlara istinadən onları tərtib etmək;

2. İmamətin əsasları ilə məsum imamların ilahi mənsəbindən sayılan vilayət və rəhbərliyi uyğunlaşdırmaq;

3. Bu məsələni Quran baxımından araşdırıb, imamətlə bağlı ayələri dəqiq təfsir etmək.

Bəzi tədqiqatçıların dediyi kimi, imamət haqda fikirlər yenicə yaranmamışdır və İslam aləmində peyğəmbərliyin davamı olan ümmətə rəhbərlik, İslamın taleyi ilə əlaqədar köklü bir məsələdir.

Biz hər şeydən öncə varlıq aləminə, daha sonra bəşəriyyətə rəhbərlik məsələsini, sonra məsum imamların rəhbərliyini və nəhayət, naiblərin hökumət və rəhbərliyini araşdıracağıq. Bütün bunlardan öncə bir neçə məsələni nəzərdən keçirmək zəruridir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button