İMAM HƏSƏN (Ə) İMAM HÜSEYNİN (Ə) BAŞLARINA NƏLƏR GƏLDİ.

İslam dünyasının bugünkü acınacaqlı vəziyyəti həmişə bizi na-rahat etmişdir. Hər bir müsəlmanın ürəyini ağrıdan, müsəlman-ların bu böhranlı vəziyyətə düşməsinin amillərini tapmaq bizi vadar edir ki, onların həqiqi səbəblərini araşdıraq. Müsəlmanlar üçün bu vəziyyətin meydana gəlməsinin uzun tarixi kökləri vardır. Uzun və genişmiqyaslı tədqiqatlar bu vəziyyətin araşdırılmasında bizə kömək edə, müsəlmanların daha parlaq və gözəl gələcəyə doğru irəliləyişləri üçün yol göstərə bilər. Bu səbəblərin araşdırıl-masından aydın olur ki, müsəlmanlar rəhbərlik məsələsi barə-sində inhirafa yuvarlandıqları vaxtdan etibarən belə bir təəs-süfləndirici, böhranlı vəziyyətə düçar olmuşlar. Biz sözügedən məsələni şiə nöqteyi-nəzərindən təhlil edi-rik. İslam tarixindən məlum olur ki, rəhbərlik məsələsində ilk inhiraf Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra yaranmışdır. Biz bu məsələni Əli(əleyhis-salam)-ın başına nələr gəldi
kitabında araşdırmışıq. İndi isə İslam tarixinin o Həzrətin şəhadətə çatmasından sonra, yəni İmam Həsən və İmam Hüseyn (əleyhiməs-salam)-ın həyatı dövrünə təsadüf edən 40-60-cı hicri illər dövründə araş-dırırıq. İndi isə əziz oxuculara müqdə verə bilərik ki, böyük Allahın köməyi ilə bu araşdırma və təhqiqat İmam Həsən Əsgəri (əleyhis-salam)-ın dövranına qədər, sonra isə İmam Zaman (əleyhis-salam)-ın qeybət zamanından müasir dövrə qədər davam edəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button