İMAM HÜSEYNİN (Ə) HƏZRƏT MEHDİ (Ə.F) HAQQINDA
Mehdinin (ə.f) zühurunu gözləyənləri sevdirmək üçün bir məcmuə halında toplamağı qərara aldım. Bu məcmuə Həzrət Mehdi (ə.f) haqqında yazılan kitab və əsərlərin müqabilində kiçik bir çalışma olsa da, mühüm bir mənbə sayıla bilər. Həzrət Mehdi (ə.f) səkkizinci babası olan İmam Hüseyndən (ə) nəql edilən bu rəvayət və hədislərin oxucular tərəfindən maraqla qarşılanacağına ümid edirəm. Başqa bir məqəsədim isə aciz bir bəndə kimi əzizi mövlam Həzrət Mehdinin (ə.f) məhəbbətini dilə gətirərək, onun uca məqamına öz sədaqətimi bildirməkdən ibarətdir. Kərəm sahibi olan Allah-Təaladan bu cüzi işimizi qəbul etməsini, xatəmən-nəbiyyin Həzrət Mühəmməd (s) və onun pak Əhli-beyti (ə) hörmətinə qiyamət günü bunu bizim üçün bir təqərrüb saymasını diləyirəm.