Şübhəsiz, ilk baxışda keşməkeşli bu həyat dünyanın faciə”yə doğru irəlilədiyini göstərir, rəhmsizlik, varlı və yoxsul təbəqələr arasında kəskin fasilə, böyük-kiçik dövlətlərarası qarşıdurma və ixtilaflar, artan cinayətlər,
əxlaqi, ruhi və psixoloji sarsıntılar, maşınlı həyatın pis nəticələri və s. onu günbəgün daha da artırır. Mövcud vəziyyətin yaxın keçmişlə müqayisəsi bu həqiqətə tam aydınlıq gətirir, nikbin insanlarda gələcəyə bədbinliyi
artırır. Beynəlxalq statistikalara əsasən, yer kürəsinin bütün abadlıqlarını (bir dəfə yox, yeddi dəfə) məhv etmək üçün yalnız bir neçə dövlətin ixtiyarında olan hazırkı atom bombaları kifayətdir. İnsanın ağlına sığmayan böyük xərclərin sayəsində hasil olan bu silahlar oyun-oyuncaq deyil və bu qədər coğrafi sərhəd və maraqların qarşıdurması ilə üzləşən çağdaş dünyamızda hər an dəhşətli atom müharibəsinə zəmin yaratmağa qadirdir. Bir çox dövlətlərdə müşahidə olunan hədsiz qüdrət və hegemonluq hissi artıq ağlagəlməz müharibələri vücuda gətirir. Buna əsasən, yaxın gələcəkdə dünyanın “böyük faciə” ilə üzləşəcəyi, yaxud böyük atom müharibəsi, yaxud dünya mülkədarlarının yaratdıqları inhisardandoğan yoxsulluq və yaxud enerji mənbələrinin tükənməsi nəticəsində bəşəriyyətin həyatına son qoyulacağını demək olar.
Lakin bu qədər bədbinliyə aydın üfüq bəxş edən nikbin bir görüş və həqiqət də vardır:
Bu qədər qaranlığın və tükürpərdici vəhşətin sonu var!
Bu zülmətdən sonra aydın səhər var!