İslam tarixinə dair ən böyük təhrif, yalan və hiyləgərliklərin altında Əməvi
sülaləsinin imzası olduğunu desək, şübhəsiz ki, yanılmış olmarıq. Allahın kitabına, Peyğəmbərin (s.ə.a) buyuruqlarına baxmayaraq, öz nəfsi istəklərini min bir hiylə ilə gerçəkləşdirməkdə israrlı olan Müaviyə ibn Əbu Süfyan Əməvi nümayəndələri arasında İslama ən ciddi zərbəni vuranların başında gəlir. Əlinizdəki bu kitab, onun cənnət cavanlarının ağası İmam Həsən (ə) ilə bağladığı sülhün həqiqətlərini işıq üzünə çıxarır. Həqiqətin gün kimi aydın olmasına baxmayaraq, bəzi alimlərin bu tarixi faktları görməzdən gəlməkləri də ayrı bir problemdir. Ümid edirik ki, kitabı oxumaqla kifayətlənməyib, dostlarınızla da paylaşacaqsınız. Axı kitab həm də paylaşmaq üçündür…
![](https://kitaboxu.com/wp-content/uploads/2022/11/yukle.png)