İMAMIN ƏSGƏRLƏRİ

Seriyanın müqəddiməsi

“Rəvayətçi kitabları” seriyası həm xatirə kitabıdır, həm də deyil; həm tarixi-siyasi, habelə coğrafi-hərbi kitabdır, həm də deyil. Əslində, bunların hamısıdır. Bu kitablar müvafiq bölgədə müharibənin əlifba hərflərindən toplusunu ehtiva edir, (keçmiş döyüşçülərdən olan müharibə) rəvayətçisi bu əlifbadan öz bacarığına və dinləyicisinə uyğun cümlələr qurub (cəbhə bölgələrinin ziyarətçilərinə danışır).

Bu seriya ilk mərhələsindədir, təkmilləşməsi üçün görüləsi işləri çoxdur. Biz onun tam əhatəli olduğunu iddia etmirik; hərçənd, bundan öncə yazılmış əsərlərin təcrübəsindən istifadə edib yeni bir addım atmağa çalışmışıq. Ümidvarıq ki, rəvayət və müharibə öncüllərinin tövsiyələri ilə növbəti çaplarda daha da təkmilləşəcəkdir.

Kitabda aşağıdakı fəsillər yer almışdır:

“Uzaq günlər” adlanan birinci fəsil Əhvaz bölgəsinin tarixi coğrafiyasına dair məlumatlardan ibarətdir. “Müharibə günləri” səkkizillik müharibənin bu bölgə ilə bağlı hadisələrinə bir baxışdır. “Qürubsuz diyar” fəsli bölgənin coğrafiyasını səkkizillik müharibənin hadisələri ilə bağlayır. Bölgədə rəvayətçilər barədə məqamları ehtiva edən fəsil “Yaxın rəvayət” adlanır. “Döyüş nümunəsi” fəsli siyasi-hərbi proseslərə, özəl günlərə, bölgənin mühüm döyüş və ya döyüşləri ilə bağlı xatirələrə, bu barədə daxili və xarici görüşlərə bir baxışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button