Həmd aləmlərin Rəbbi və bütün məxluqatın Yaradanı olan Allaha
məxsusdur. Aləmlərə rəhmət olaraq göndərilən Muhəmməd ibn
Abdullaha, onun pak və təmiz Əhli-Beytinə, həmçinin Muhəmməd və AliMuhəmmədin yoluna tabe olan şəxslərə Qiyamət gününədək salavat və
salam olsun. Onların bütün düşmənlərinə Qiyamət gününə qədər daimi və
əbədi lənət olsun.
Əhli-Beytdən olan on iki pak İmam (əleyhimussəlam) ali İslam şəriəti, onun
hökm və təlimlərinə, habelə Qurani-Kərim, onun ayələrinin təfsiri, izahı və
mənalarına insanlar arasında hamıdan çox agahdırlar. Onlar bir çox
həqiqətlərə vaqif olmuş, siyasi, iqtisadi, ictimai, tibbi, tarixi və s. bu qəbil
elmləri bilmiş, hətta bilinməsi yalnız qeyb yolu ilə mümkün olan bir sıra işlərdən xəbər vermişlər. Bununla yanaşı, tarixdə imamların (əleyhimussəlam) hansısa bir alimin yanında dərs alması da qeyd edilməmişdir.
Onlar sadalanan bütün bu şeyləri “lədunni elm” vasitəsilə bilmişlər. Bu elmi isə aşağıda göstərilən yollarla əldə etmişlər
