İNSAN VƏ İMAN

İnsan və heyvan
İnsan bir növ canlı olduğundan başqa canlılarla oxşar xüsusiyyətə malikdir. Ammabir sıra fərqli cəhətlər insanı digər canlılardan ayıraraq, ona üstünlük və ülvülük bəxş etmiş və kainatda rəqibsiz etmişdir. İnsanın sair canlılarla başlıca fərqi “insanlıq” me`yarı, eləcə də mədəniyyət və sivilizasiyanın mənşəyi olması e`tibarı ilə iki nahiyədə öz əksini tapır:
1) Baxışlar,
2)Meyllər.
Ümumiyyətlə bütün canlılar özünü və obyektiv aləmi dərk etmək (və öz tutumu qədər ondan xəbərdar olmaq) qabiliyyətinə malikdirlər. Məhz bu mə`lumat və idrak sayəsində öz istəklərinə çatmaq üçün cəhd göstərirlər. İnsanda da digər canlılarda olduğu kimi, bir sıra arzu və istəklər mövcuddur ki, o, öz idrak və mə`lumatının köməyi ilə bu istəklərinə çatmaq üçün sə`y göstərir; başqa canlılarla fərqi isə idrak və mə`lumat dairəsinin genişliyi, nə dərəcədə əhatəli və parlaq olması, habelə arzu və istəklərinin səviyyəsinin üstünlüyü baxımındandır. Məhz bu fərq, insanı sair canlılardan ayıran, ona məziyyət verərək hər şeydən uca edən və kainatın əşrəfi edən yeganə amildir.
HEYVAN MƏ`LUMATININ ƏHATƏ DAİRƏSİ VƏ İSTƏYİNİN SƏVİYYƏSİ
Heyvan təkcə hiss üzvləri vasitəsilə ətraf aləmdən xəbərdardır. Bu səbəbdən onun mə`lumatı aşağıdakı xüsusiyyətlərə malikdir:
Səthi və zahiridir. Əşyanın incəliklərinə və daxili əlaqələrinə varmır. Fərdi və xüsusidir. Ümumilik və əhatəyə malik deyildir. Müəyyən məkana aiddir. Heyvanın yaşadığı mühitə məhdudlaşıb, onun məskunlaşdığı ərazidən kənara çıxmır. Hazırkı zamanla əlaqədardır. Yə`ni, yalnız hazırkı zamanla bağlı olub, keçmiş və
gələcək zamanla heç bir bağlantısı yoxdur. Heyvan öz keçmişindən və dünya tarixindən heç nə bilmir. O, nə gələcək haqda düşünür, nə də gələcəklə bağlı sə`y göstərir. Heyvan mə`lumat baxımdan heç vaxt yuxarıda göstərilən hüdudları aşmır (zahiri və xüsusilik, yaşadığı mühit və hazırkı zamanla bağlılıq). O, bu dörd divar arasında həmişəlik dustaqdır. Əgər bə`zi hallarda dairədən kənara çıxarsa, bu iş, dərrakəli və
şüurlu surətdə deyil, təbiətin məcburi istilası altında qeyri-şüuri instinkt şəklindədir. Heyvanın meyl və istəklərinin səviyyəsi də onun dünya barəsindəki düşüncəsi kimi müəyyən hüdudları əhatə edir. Bu məhdudiyyəti aşağıdakı kimi xarakterizə etmək olar. Maddidir, yə`ni yemək, içmək, yatmaq, oynamaq, yuva qurmaq və qarşı cinsdən faydalanmaq həddindədir. Heyvan üçün mə`nəvi istək, əxlaqi dəyərlər və bu kimi şeylər mə`nasızdır. Xüsusi və fərdidir. Yalnız özünə maksimum öz tayına və balasına məxsusdur.
Müəyyən məkana aiddir. Yə`ni öz məskun olduğu yerlə əlaqədardır. Hazırkı zamanla bağlıdır. Beləliklə heyvanın mə`lumat sahəsində olan məhdudiyyətləri, onun istək və meyllərində də təzahür edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button