İSLAM ŞƏRİƏTİNDƏ SAĞLAMLIQ VƏ UZUN ÖMÜRLÜLÜK ELMİ VƏ TİBBİ SÜBUTLARLA

Əlinizdəki bu kitab müxtəlif məqsədlərlə yazılmışdır.
Bunlardan bəzilərinə işarə edirik.
A.14 əsr bundan öncəki din və elmi nailiyyətlər. Bir çoxları qərəzli olaraq və bəzən də məlumatsızlıq üzündən, belə düşünürlər ki, on dörd əsr bundan qabaqkı din hazırkı dövrün mütərəqqi elmləri ilə ayaqlaşa və bütün bu texnologiyanı, çeşidli kəşfləri nəzərə alaraq, bəşəriyyətin ehtiyaclarını təmin edə bilməz. İslam Peyğənbəri (s), həmin şəriəti, olarlar və olmazları (vacib və qadağaları) elm və texnologiyadan xali olan bədəvi xalq üçün gətirmiş, çağdaş dünya isə, elm dünyasıdır. Bu kitabın yazılmasında məqsədlərdən biri də, dini vaciblərin minlərlə cismani elmi faydalarının və dində yasaq əməllərin zərərlərinin kiçik bir hissəsini
diqqətinizə çatdırmaqdır. İnanıram ki, bu mütalidən sonra, dinin necə deyərlər müasir elmdən geri qalmaması, onunla ayaqlaşmasına dair mühakimə yürüdəcəksiniz. 14 əsrdən sonra tədqiqatçılar öz labaratoriyalarında mütəmadi, geniş sınaq və analizlərlə yeni-yeni kəşfləri əldə edir və hər tərəfə car çəkərək özlərini öyürlər; bu yeniliyi elmi şah əsər kimi müxtəlif mediyada rəqiblərinə göstərirlər; lakin bir şeydən xəbərsizdirlər ki, bütün bu yeniliklər, kəşflər, 14 əsr bundan öncə İslam dinində vacib və haram şəklində bəyan edilmişdir. Eləcə də din rəhbərlərinin hədislərinin bir çoxunun sirrinə, açmasına
yüz illər sonra, bəzilərinə qiyamət günü varacaq, bir hissəsini isə ümumiyyətlə anlamayacaqlar.
B. Dindaşlarımızın İslam şəriətinə inancı Tədqiqatçıların əldə etdiyi nailiyyətlər islamsevərlər tərəfindən mütaliə edildikdə, İslam şəriətinə inancları və bağlılıqları daha da artar və şəriəti sual altına aparan
şəxslərlə disput zamanı, lazımı arqumentləri gətirməkdə əlləri dolu olar və halal və harama riayət etməyən
şəxsləri işlərindən çəkindirməkdə daha müvəffəq olarlar.
C. Dininiz yoxdursa, azad insanlar olun. Bu, Aşura günü İmam Hüseynin (ə) düşmənlərə söylədiyi tarixi cümlədir. “Əgər dininiz yoxdursa, (heç olmasa) dünyada azad insanlar olun (kişi kimi yaşayın), öz çirkin əməllərinizdən əl götürün”. Mən bu qiymətli sözün əsasında, İslam və hər hansı bir dinə mənsub
olmayan şəxslərə xitabən deyirəm: dininiz yoxdursa, İslamla bir işiniz yoxdursa, heç olmasa öz sağlamlığınızı düşünün və səhhətiniz üçün də olmuş olsa, İslamın əmr və qadağalarına riayət edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button