İSLAMDA HÜQUQ NƏZƏRİYYƏSİ

MÜƏLLİFİN ÖN SÖZÜ
İnsanların həyatı ilə birbaşa əlaqəli olub, onun ictimai təbiətindən irəli gələn haqq və hüquq məsələsi tarixən bəhs olunub və alimlər tərəfindən bu məsələ mövzusunda fikirlər söylənmiş, kitablar yazılmışdır. İlahi peyğəmbərlər məktəbində, xüsusilə insanı kamilliyə doğru aparan İslam dinində, hüquq mövzusunun özünə məxsus yeri vardır. Bu mövzu barəsində müxtəlif ifadələr və ibarətlərlə söz açmışlar. Həzrət Əli (ə) haqq barəsində belə buyurur: “Haqq vəsf edilərək barəsində danışılan zaman hər şeydən geniş, lakin ona əməl və riayət məqamında isə ən dar və məhdud mərhələdədir. Heç bir iş başqalarının müqabilində məsuliyyət və vəzifələri nəzərə alınmadan kimsənin xeyrinə əmələ gəlməz. Kimsənin faydasını nəzərə almadan onun zərərindən danışmaq olmaz. Heç bir məsuliyyət olmadan kiməsə haqq qazandırmaq məxluqa deyil, qüdrəti bütün bəndələri əhatə edib, ədaləti tədbir və təqdirlərdə hakim olan, eyb və nöqsan sifətlərdən pak olan Allaha məxsusdur.” Peyğəmbər (s) məktəbində, xüsusilə İslamda, hüquq sistemi qəti və şübhəsizdir. Müsəlmanlar arasında ictimai əlaqələrin və ixtilafların
Quranın hökmü və onun açıqlamaları əsasında həll olunması aydın məsələdir. Necə ki, İslam cəmiyyəti və müsəlmanlar üçün bu həqiqət Qurani-Kərimdə izah olunub. “Maidə” surəsində buyurulur: “Allahın nazil etdiyi ayələr üzrə hökm etməyənlər, əlbəttə günahkarlardır.” Digər ayələrdə həmin şəxslər, küfr edən və sitəmkar (zülmkar) kimi tanıtdırılır. “Allahın nazil etdiyi [kitab və şəriət] ilə hökm etməyənlər, əlbəttə
kafirdirlər!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button