Cavan həyatı müstəqil fikir və başqalarını yamsılama ilə keçir, bə`zi
məsələlərdə öz ağlına müraciət edib, onun nurundan bəhrələnir, çox vaxt
isə, başqalarının yol və üsulundan istifadə edir. Özü də bu istifadənin xeyir
və şərinə varmayıb, onların rəftarlarının doğruluğunu ağıl me`yarı ilə
ölçmədən. Ehtimal olunur ki, fikir və təqlidin bu qarışığı və çəkişməsi,
insan həyatının cavanlıq dövrünün labud xüsusiyyətidir və şəxsiyyətin hələ
tamamlanmadığını, müxtəlif cazibələrin, onun vücud əqrəbini ağıl və
hissiyyat arasında sərgərdan qoyduğunu göstərir.
İnsanın başqalarına təqlidi dediklərimiz yalnız cavanlara aid deyildir.
Başqa kəslər hətta ömrün yuxarı yaşlarında da (əlbəttə az miqdarda) bə`zən
başqalarına təqlid edir və onların cəlbedici cazibə mərkəzlərinə mə`ruz qalırlar. Bu həqiqət tələb edir ki, biz pak və dəyərli şəxsiyyətləri cəmiyyətə xüsusilə də, cavanlara tanıtdıraq və onlar həmin şəxsiyyətlərin həyatından özləri üçün ali ülgü və nümunələr götürüb, onların yol və üsulunu
öyrənsinlər.