İSRAF

Cəmiyyətin başında duranların özəl xarakterlərə sahib olması dünyada qəbul olunmuş məsələdir. Dünya xalqları qəbul etmişlər ki, təkəbbürlülük, lüks həyat tərzi, israfçılıq, dəbdəbə, xudpəsəndlik, eqoistlik və bu kimi xüsusiyyətlər hökumət başçılarının səciyyələrindəndir. Hətta inqilabçı ölkələrdə dünənə qədər çadırlarda yaşayan, daxmalarda gizlənən inqilabçıların da hakimiyyətə gələn kimi vəziyyətləri və xarakterləri dəyişir, dünyanın digər şah və prezidentləri kimi yaşamağa başlayırlar. Biz bunu yaxından görmüşük. Xalq üçün də təəccüblü deyil. Bizim imamımız bu yanlış ənənəni dəyişdirdi və göstərdi ki, bir xalqın və dünyanın digər müsəlmanlarının sevimli rəhbəri zahid şəkildə yaşaya, təmtəraqlı saraylar əvəzinə bir hüseyniyyədə görüşlər keçirə və xalqın qarşısına peyğəmbərlərin geyimi, dili və əxlaqı ilə çıxa bilər.Əgər hakim və başçıların qəlbləri həqiqət nuru ilə işıqlanmış olsa, dəbdəbə, israfçılıq, artıq xərclər çəkmək, xudpəsəndlik, təkəbbürlülük və hegemonluq onların qəti xüsusiyyətlərindən hesab olunmaz. O həzrətin böyük möcüzələrindən biri bu idi ki, həm öz həyatında, həm də yaratdığı quruluşda həqiqət nuru parlayırdı.

Bəyənilmə

User Rating: Be the first one !

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button