MƏAD (ÖLÜMDƏN SONRAKI HƏYAT)

Ölüm haqqında çox danışılıb. Amma mehrab (mehrab-məsciddə namaz zamanı İmamın durduğu yer-red.) şəhidi, ilahi insan Ayətullah (Ayətullah-böyük din alimlərinə verilən ad-red.) Dəstğeybin 25 il əvvəlki söhbətləri qədər ürəyəyatımlısını xatırlamıram. Mərhum alimin Quran ayələrindən, hədis-lərindən, dini kitablardan o qədər əhatəli mə”lumatı var idi ki, tam bir mü-barək Ramazan ayını axirət səfəri haqqında söhbət etdi, ölümü həyatın böyük qapısı, Haqqın rəhmətliyə görüşün başlanğıcı kimi tanıtdırdı. Xalqı bərzəx (bərzəx–dünyasını dəyişənlərin böyük Qiyamət gününədək müvəqqəti məkanları-red.) və onun nemətlərindən şövqə gətirdi, əzabından qorxutdu. Ayə və hədislər oxumaqla dinləyiciləri günahdan çəkindirib, xeyir işlərə sövq etdi. Ruhun şad olsun, ey əxlaq ustadı! Rəhbərin buyurduğu kimi, bir millət mürşidi idin ki, ömrün boyu xalqı bu sayaq həqiqətə doğru çağırıb, zəlalətdən uzaqlaşdırdın! Şəhadətinlə daha artıq rövnəq verdin. O əziz rəfiq (rəhbər) belə yazmışdı: “Ayətullah Dəstğeybin qanı onun bəyanından inqilab üçün daha uca, düşmən üçün daha acı oldu.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button