Əxlaq alimləri xəstə axtarışında olan həkimlərə bənzəyirlər. Onlar xəstələri müalicə edərkən canlarını belə əsirgəmirlər. Mə`nəvi xəstələrin qəflətdə olması onları narahat edir. Xəstələri müalicə etmək üçün bütün vasitələrə əl atırlar. Bə`zən xoşagələn söhbət-lərlə, bə`zən odlu yazılarla, bə`zən dərs və müzakirələrlə, bə`zən qarşılıqlı söhbətlər və hər bir mümkün vasitə ilə! Böyük əxlaq alimlərindən biri də dəyərli filosof, İslam dünyasının nadir şəxsiy-yətlərindən olan həzrət Ayətullah Misbah Yəzdidir. O, bütün qüvvəsi ilə çalışmış və bu mühüm işin öhdəsindən yetərincə gəlmişdir. Bu dəyərli və nurlu elmi simanın ürəklə dediyi əxlaq
dərsləri qəlblərə yatır. Bu dərslərin tə`sirləri hamıya mə`lumdur. Haqq mənzilinə, dua və minacata bağ-lanmış bu arif şəxs mə`sumların hədislərini, dua və minacatlarını araşdırmışdır. O bu yolla öz dinlə-yicilərinin nəfs və əxlaqlarının islahına çalışmış, hamını öz feyzindən bəhrələndirmişdir. Burada da həzrət ustad Misbah Yəzdi ən gözəl və tə`sirli üsulla “Şəbaniyyə” minacatını şərh edərək onun əxlaq və mə`rifət dolu mövzularını açıqlamışdır.