İlahi dinlər arasında ən kamil və ən əhatəli din olan müqəddəs İslam dini ilahi maarifin bütün sahələrini əhatə edir. Bu müqəddəs din ilahi maarifin tərənnümçüsü qismində, Allah taalanın yer üzünün insanlarında görmək istədiyi bütün insani keyfiyyətləri, kamil və dininə bağlı insanın həyatının bütün aspektlərini təsvir edir. İslam maarifi üç prinsip: etiqad, ehkam və əxlaq əsasında qurulmuşdur. Etiqad bölümü bir müsəlmanın nəyə və necə etiqad
bəsləməli olduğu və bu düşüncə tərzinin yekunu kimi varlıq aləminin hansı reallıqlarına çatması, azğınlıq və zəlillik vadisində səfil qalmaması ətrafındakı insani düşüncə və təfəkkür istiqamətlərinə şamil olunur. Ehkam, insanın özbaşına rəftarla və müxtəlif vasitələrlə, Allah taalanın onun təbiətində qoyduğu, varlıq aləmi ilə səsləşən fitrətinə zidd üsullara əl atmaqla özünü puç etməməsi üçün onun əməl və rəftarını konkretləşdirən göstərişlər toplusudur.
Əxlaq bölümü isə mənəviyyatın, ruhun, torpaqda olan insanın mələklərdən daha gözəl və əzəmətli oluncaya qədər mənəvi gözəlliklərlə zinətlənməsindən bəhs edir. Bu üç bölümün istinadgahı İslam dinidir. Etiqad, ehkam, əxlaq üçün müraciət olunacaq mənbə isə, ilk növbədə Qurani-Kərim və Qurandan sonra
İslamın əziz peyğəmbəri Həzrəti Məhəmmədin (s.) və ƏhliBeytinin (ə.) kəlamları, rəftarlarıdır.