MÖMİNLƏRİN YOLU

BİRİNCİ ƏSAS: ALLAH TƏKDİR
Bu bəhsdə məqsəd, bütün varlıq aləminin xaliqinin Allah olması və Onun tək olub şəriki olmamasıdır. Bu mövzuda iki məsələni araşdırmaqla davam etdiririk:
Birinci məsələ: Varlıq aləminin xaliqini sübut etmək və bu varlıq dünyası təsadüfən yaranmayıb. Bütün bu məsələləri isbat etmək üçün müxtəlif
dəlillər vardır. Onlardan bəzilərinə işarə edirik: 
Birinci dəlil:
Varlıq aləmində olan bütün mövcudlar məhv olub aradan getməkdədir. Butün bu hadisələri özümüz də müşahidə edirik. Bunlarla da aydın
olur ki, hər bir yaranmış varlıq öz varlığını başqa birisindən alır və onun vasitəsilə varlığını saxlayır.
Yaranmışların heç biri özü-özlüyündə varlıq qabiliyyətinə malik deyillər. Çünki əgər onların zatən varlıq aləmində qalmaq qüdrətləri olsaydı heç vaxt məhv olmazdılar. Beləliklə, əgər hər hansı varlıq və vücud məhv olmaq və aradan getməyi qəbul edirsə onun yaradanı var və bu yaradan həmin Allah-taaladır. Allah-taala Özü isə aradan getməz və əbədidir. Fikrimizi daha aydın etmək üçün aşağıdakı misala diqqət edin:
Məsələn qarşımızda bir neçə güzgü var və onlardan ətrafa nur saçılır. Bu nur şüalarna uzaqdan tamaşa etdikdə nəhayətdə, aydın olur ki, nurların hamısı güzgünün özündən yox, bəlkə də başqa yerdəndir. Ona görə ki, güzgü özündən heç bir nur vermir. Həmin səbəbdən insan bu nurların mənşəyini güzgülərin özündə axtarmır. Nurlar güzgüdən xaricdə, günəş, ay, çıraq və ya alov kimi yerlərdə axtarılır. Çünki güzgü belə şeylərdən nur ala bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button