ZAMANIN DAYANDIĞI YER

2015-ci ildə “Azad olan əsirlərin fəryadı” komitəsinə qoşulmaq mənə də qismət olanda, sanki özümü bu misilsiz sərgüzəştin bir üzvü hiss etdim. İnqilabçı və müharibə veteranı ailəsində böyüyüb boya-başa çatmağıma baxmayaraq, əsirliklə bağlı məlumatım çox az idi. Amma bu barədə kitab yazmaq fikri isə 27-ci “Beynəlxalq Kitab Sərgisi” ərəfəsi zamanı zehnimdə canlandı. Qeyd edim ki, sərgidə komitənin satış köşkünə baş çəkənlərdən birinin əsirlər haqda haqsız etirazları məni əlimə qələm almağa vadar etdi. Deyirdi: “Buna acizlikdən başqa ad vermək olmaz! Biz döyüşdüyümüz halda nə üçün çoxları əllərini qaldırıb, təslim olmalı idilər?!” Əslində, bir çox sərgilərdə eşitdiyim bu kimi sözlər məni yaman incidirdi. Hətta tanınmış şəxslərdən belə gözlənilməz hallar məni bu haqda daha dərindən düşünməyə sövq etdi. Şəhadətə çatmayan bu igid insanlar haqda düşündükcə maraqlı nəticələr çıxarırdım. Ən çətin anlarla üzləşən, bir çox yaxın dostlarının gözləri önündə şəhid olduğuna əzabla dözən əsirləri qınamaqmı olardı?! Bəlkə də onların şəhid olmayıb, sağ qalmaları döyüşçülərimizin misilsiz qəhrəman-lıqlarını, yenilməz əzmkarlığını bizə çatdırmaq üçün imiş. Ümumiyyətlə, onların taleyini şəhidlərdən ayırmaq olmaz və hər birinin yeri o birisi ilə əvəz ola bilərdi… Hər dəfə onların sərgüzəştlərini xatırlayanda, xatirə kitablarını mütaliə edəndə, qarşıya çıxan yeni-yeni sualların çoxunu cavablandırmaq, düzgün təhlil etmək qeyri-mümkün idi. Əsirlik aləmi gizli sirlərlə, deyilməyən və yazılmayan sətirlərlə zəngindir. Hərdən qırmızı xətti aşıb, hansı məqsədlə cəbhəyə axışdıqları barədəki suallara daha aydın və doğru cavab tapılmasa da, bəzi mühüm məsələlərin araşdırılması olduqca zəruridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button