Bəzi gülüşlər bizə tanış gəlir. Bu gülüşlərin harada olması mühüm deyil; divarın üzərindəki rəsmdə və ya şəkil çərçivəsinin içində və yaxud da qəlbimizin dərinliyində. Bizə elə gəlir ki, o gülən şəxsi tanıyırıq. Bu gülüşləri həyatımızda az görmüşük. Bəzən şəhərin divarları üzərindəki rəsmlərdə görürük. Üzlərindəki gülüşlər sözlə doludur. Hər biri bizim üçün bir xatirə danışır. Dirəniş, yıxılmamaq, davam gətirmək, müqavimət və müharibə xatirələri. Səddamın
qorxulu zindanlarında təklik və əsirliyin xatirələrindən. Ağa Şeyx Abbas Şirazi kimi mərdlərin xatirələri. Adları məxfi olub, özləri ruhani libasında döyüş meydanına gedən bütün din xadimlərinin həyat yolu. Yeniyetmə vaxtı döyüş meydanlarına qədəm basıb, özündən böyük şəxslərlə çiyinçiyinə vuruşmuş Qədəməli İshaqianın xatirələri kimi. Yaralandı, əsir düşdü və elə İraqda eda-ma məhkum edildi. İndi “Məhbəsin tənhalığı” adlı bu kitabda, cəbhələrdə və əsirlikdə böyük addımlar atmış bu azyaşlı döyüşçünün həyatını oxuyacaqsınız. Hacı Ağa Qədəməli İshaqianı ilk dəfə Həzrət Məsu-mənin (s.ə) hərəminin həyətində gördükdə, üzündə tanış bir təbəssüm var idi. Şəhid Abbas Şirazinin könül oxşayan təbəssümünə bənzəyirdi. O vaxt 2016-cı ilin noyabr-dekabr ayları idi. Həzrət Məsumənin (s.ə) hərəmində olduğum və onun söhbətlərinə qulaq asdığım vaxtlar, gözəl anlar idi. Qırx saatdan çox bir-birimizlə danışdıq. Elə əvvəldən səmimiyyət və sadəliklə suallarıma cavab verdi. “Bu qırx illik mübarizə həyatında nəyin ardınca olmusan?”, – deyə soruşduqda, özünəməxsus xatircəmliklə dedi: “Şəhidliyin.”
